Erdoğana dəstək üçün "iphone" qıran millət vəkili peşman olub

Baxış sayı: 
102
2  
0  

Milliyətçi Hərəkat Partiyasının (MHP) Ordu millət vəkili Camal Enginyurd rahib Endryu Bransonun sərbəst buraxılmasına etiraz edib.

Kanal24 xəbər verir ki, C. Enginyurd, ABŞ-la Türkiyə arasında baş verən siyasi böhran zamanı Ədalət və İnkişaf Partiyasının (AKP) başqanı və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın ABŞ mallarına baykotundan sonra 15 avqustda "İphone"unu sataraq yerinə "Samsung" markalı telefon almışdı.
C. Enginyurd bundan əlavə MHP-nin Ordu üzrə sədri Köksal Yılmazın "İphone"unu da ayaqlayaraq sındırmışdı.
Amerikalı rahibin sərbəst buraxılmasından sonra isə qırdığı və satdığı ABŞ istehsalı olan telefonla görə təəssüflənərək belə tvit yazıb:
"Bransona görə, ABŞ-a etiraz edib "İphone" qırdıq. Branson təyyarəyə minib ölkəsinə getdi. ABŞ-a münasibətimin pozulmağına yanım, yoxsa telefonlara üzülüm? Yoxsa, Bransonun sərbəst buraxılmasına hirslənim? Ortada qalmışıq. "İphone"umu verin, çox hirslənmişəm".

Загрузка...
Загрузка...