Elnarə Xəlilova da Xoşqədəmin verilişinin bağlanması üçün müraciət etdi - Foto

Baxış sayı: 
120
1  
0  

 
“Kimin ki, oxumağa səbri çatmır oxumasın. Qısaca onu deyə bilərəm ki,hər hansı cinayət xarakterli iş üzrə istintaq gedə-gedə cinayətkara həftə içi 5 gün serial şəklində bütün keçmişdə atılmış və gələcəkdə atılacaq addımlar barəsində reytiqn xətrinə hər hansı televiziya verilişdən məlumat ötürmək və bu minvalla cinayətkarı daim kursda saxlamaq olmaz! Allah bilir cinayətkarlar veriliş gedə-gedə neçə dəfə uşağın yerini dəyişiblər”.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova İnstaqramda yazıb.
 
O, yandırılmış halda meyiti tapılan Nərmin Quliyevanın ölümündə televiziya verilişlərini günahlandırıb. O bu tipli verilişlərin yayımının dayandırılmasını istəyib: “Ay Azərbaycan vətəndaşları! Nərminin başına gələn hər birimizin başına gələ bilər. Qanun var, qayda var. Adamın özünün vicdanı və şərəfi olmalıdı ki, bunu eləməsin. Sizdən artıq dərəcədə xahiş edirəm! Əgər belə verilişlərin televiziyalarda olmasını istəmirsizsə müraciətlər edin. Ürək sözlərinizi yazın.
 
Bu mənim ölkə başçısına və onun xanımına müraciətimdir. Xahiş edirəm, rəylərinizdə aktiv olun və fikirlərinizi eynilə mənim kimi aydın şəkildə əsaslandırın ki, bu yazını başqa yerə yozmasınlar və obyektivlik qorunub saxlanılsın. Bu çox önəmlidir”.
 
Qeyd edək ki, Elnarə Xəlilova Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” və Zaur Baxşəliyevin “Bizimləsən” verilişini nəzərdə tutur.

Загрузка...
Загрузка...