Elmar Vəliyevi güllələyən Yunis Səfərovun geniş müsahibəsi - VİDEO

Baxış sayı: 
141
0  
0  

 
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı növbəti açıqlama yayıb. Bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. Məlum olub ki, Yunis Səfərov 8 ay İranın Qum şəhərində yaşayıb və Suriyada döyüş təlimi keçib.
 
Bu arada Yunis Səfərov Gəncədəki cinayətlə bağlı "Xəzər Xəbər"ə açıqlama verib. Törətdiyi cinayəti etiraf edən Yunis Səfərov istintaq zamanı işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara də münasibət bildirib.
 
Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.
 
2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib.
 
Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralıyıb hadisə yerindən qaçmışdır.
 
İyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.
 
Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
 
O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutulub.
 
Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib.
 
Yunis səfərov "Xəzər Xəbər"ə müsahibəsində törətdiyi cinayətlə bağlı danışıb. O, törtdiyi cinayəti etiraf edib.
 
Yunis Səfərov işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara də münasibət bildirib. Ondan həm üzündəki izlərin səbəbini, həm də polislərin onunla necə rəftar etdiyini soruşduq.
 
Vəkili Elman Ağayev isə 4-5-6 ıyul tarixlərində Yunis Səfərovla 3 dəfə görüşdüyünü bildirib. Həmin görüşlər vaxtı Yunis Səfərov vəziyyətindən razılıq ifadə edib. Yeməklə təmin olunub. Saxlanma şəraitindən narazılığı olmayıb.
 
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Загрузка...
Загрузка...