Elman Rüstəmovun səlahiyyət müddəti artırılacaqmı?

Baxış sayı: 
72
2  
0  
Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
 
Azərbaycan parlamenti aşağıdakı məsələləri müzakirə edəcək:
 
 
1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı;
 
2. E.S.Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi;
 
3. "Milli Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş);
 
4. "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş);
 
5. "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).
 
6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş).
 
Загрузка...
Загрузка...