​“Eldar Həsənovun dövlət çevrilişinə hazırlaşdığı yazılırdı”- Partiya sədri

Baxış sayı: 
534
2  
0  

 
“Eldar Həsənov kimi bir fiqurun korrupsiyaya görə həbs olunması ağlabatan deyil”.
 
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səfir Eldar Həsənovun həbsinin səbəbləri haqda danışarkən deyib.
 
Sərdar Cəlaloğlu bildirib ki, Eldar Həsənovun həbsindən bir müddət əvvəl mətbuatda onun dövlət çevrilişinə hazırlaşdığı, hakimiyyətdəki müəyyən qüvvələrlə hakimiyyətə gəlmək planları qurduğu yazılırdı:
 
“Bu məlumatlar təsadüfi deyildi. Bütün bu məlumatları üst-üstə qoyanda mənzərə bundan ibarətdir ki, Eldar Həsənovun həbs olunması onun siyasi fəallığı ilə bağlıdır. Eldar Həsənov kimi bir fiqurun korrupsiyaya görə həbs olunması ağlabatan deyil. Uzun illər hakimiyyətdə ən önəmli postları tutub. Korrupsiya ittihamına qalsa, Azərbaycanda ondan da qat-qat artıq korrupsionerlər hakimiyyətdə təmsil olunurlar və öz işləri ilə sakit-sakit məşğuldurlar”- deyə Sərdar Cəlaloğlu açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, Eldar Həsənov müəyyən siyasi proseslərdə fəallıq göstərib və bu da hökumət üçün arzuolunmazdır: “Çünki Eldar Həsənov kifayət qədər maliyyə imkanları, nüfuzu və regional elektoratı var. Siyasətə gələcəyi halda hakimiyyətə ciddi problemlər yarada bilərdi”.
 
Sərdar Cəlaloğlu Eldar Həsənovun Azərbaycandakı müxalif partiyalarla əlaqələrinin olması haqda da danışıb. O bildirib ki, bu əlaqələr heç kimə sirr olmayıb.
 
Amma Sərdar Cəlaloğlu deyir ki. Eldar Həsənovun həbsi onun müxalifətdəki əlaqələrinə sıçraya bilməz.
 
“Lakin onu qeyd etmək lazımdır ki, bu həbslər Eldar Həsənovun hakimiyyətdəki adamlarına sıçraya bilər. Bu əməliyyatın miqyası böyüyə bilər”- deyə S.Cəlaloğlu qeyd edib.
 
Qeyd edək ki, Eldar Həsənov DTX tərəfindən həbs edilib.
 
Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir.
 
İlkin Muradov, Musavat.com
 
 

Загрузка...
Загрузка...