Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

Baxış sayı: 
250
0  
0  

 
Ermənistanda proseslərin məqsədinə çatacağına inanmıram. Ancaq bu ölkədə baş verənlər göstərir ki, erməni cəmiyyəti diridir və Sərksiyanın yenidən ölkə rəhbərliyini ələ keçirməsinə etiraz edir.
 
Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Elçin Şıxlı Ermənistanda Sərksiyanın baş nazir olması ilə əlaqədar günlərdir davam edən mitinqlər və onun nəticəsi haqqında danışarkən deyib.
 
Elçin Şıxlı bildirib ki, Ermənistan parlamentində real müxalifətçi deputatlar var:
 
“Onlar Sərksiyanla bağlı fikirlərini deyir və xalqı öz arxasınca aparmağa çalışır. Amma inanmıram ki, bu fəaliyyətin nəticəsi olsun. Yəni Nikol Paşinyanın dediyi kimi, “məxməri inqilabın” baş verəcəyinə inanmıram. Bu, ağlabatan deyil. Üstəlik Sərksiyan elə bir cinsdir ki, hakimiyyətdən elə-belə getməyəcək”.
 
Elçin Şıxlı hesab edir ki, vəziyyət son həddə çatsa Sərksiyan xalqa qarşı silahdan istifadə edəcək:
 
“Sözsüz ki, arada bir neçə nəfərin başı gedəcək və bununla da məsələ bitəcək. Ermənilərin əsas problemi Qarabağ məsələsidir. Son anda Qarabağ mövzusunu ortaya ataraq xalqı və cəmiyyəti birləşdirməyə cəhd edəcəklər. Bəli, indi etirazlar və çıxışlar var. Amma Sərksiyan bu aksiyaları yatıracaq. Üstəlik Rusiya da Serj Sərkiyana dəstək verəcək. Artıq Putinlə Sərksiyan arasında telefon danışığı baş verib. Sözsüz ki, insanlar a narazılıq var və olacaq da. Amma sonda mitinqləri yatıracaqlar. Nəzərə almaq lazımdır ki, Sərksiyan buna qədər xalqına qarşı silah işlədib. Onun ikinci dəfə belə addıma getməsi problem olmayacaq. Xalqa qarşı bir dəfə silah işlədən ikinci dəfə də buna edər”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...