"Elçin bəy, məni nə yerinə qoydunuz?" - Flora Kərimovadan Əfəndiyevə cavab (VİDEO + FOTO)

Baxış sayı: 
54
1  
0  
Xəbər verdiyimiz kimi mərhum xalq artisti Amaliya Pənahovanın vida mərasimində  Flora Kərimova ilə Elçin Əfəndiyev arasında narazıçılıq yaranıb.
 
Turaninfo.org xəbər verir ki, şəxsi instagram səhifəsindən  paylaşım edən xalq artisti E. Əfəndiyevlə aralarındakı məsələyə münasibət bildirib.
 
Həmin paylaşımı sizlərə təqdim edirik.
 
 
 
"Münasibətə adekvat cavab verən adamam... Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz!? Xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil. 
 
Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam. Amma siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz... Heç vaxt müxalifətçi olmamışam. Müxalif olmuşam... Əsl müxalifətçi olmaq üçün siyasi savad lazımdır... İnsanam, mən də nədənsə narazı ola və fikrimi söyləyə bilərəm.
 
Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildiniz ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma bir adam söz danışa bilməz. Deyirlər ki, "qocalıb, ağlını itirib”. Bəli, qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyini qorumağı arzulayıram...".
 
 

 
 
Загрузка...
Загрузка...