​Ekspertdən HƏYƏCAN TƏBİLİ - Bakıda COVID-19 partlayışı yaşanacaq

Baxış sayı: 
95
1  
0  

“Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”.
 
Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib. Həkim bildirib ki, fərdi qoruyucu vasitələrin istifadə edilməməsi, həm də sosial məsafənin itməsi yaxın gələcəkdə - bir-iki həftə müddətində COVID-19 xəstələrinin sayında sürətli artıma səbəb olacaq.
 
“Aksiyaya çıxanlar arasında koronavirus daşıyıcılarının, o cümlədən asimptomatiklərin olması istisna edilmir. Təbiidir ki, bu zaman ətrafdakıları da yoluxdururlar. Yoluxmuş insanlar isə ailə üzvlərinin xəstələnməsinə bilavasitə səbəb olur. Protokollarda da qeyd olunub ki, bir COVID-19 xəstəsi 4 nəfəri yoluxdura bilir.
 
Yürüş iştirakçılarının sayını və onların 4 dəfə artdığını nəzərə alın. Görün bu nə qədər böyük rəqəmlər deməkdir. Odur ki, yaxın 1 həftə və ya 10 gün müddətində Bakı şəhərində koronavirus xəstələrinin sayında ciddi şəkildə artım olacaq”.
 
Həkim qeyd edib ki, xəstə sayının ciddi şəkildə artması səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər:
 
“İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı, həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmasları Ordu üçün də ciddi təhlükədir. Dünənki izdiham nəticəsində Bakıda COVID-19 partlayışı yarana bilər. Odur ki, ikiqat ehtiyatlı və məsuliyyətli davranmalıyıq”.
 
Aytən Məftun

Загрузка...
Загрузка...