“Efirlərdə skandal yaratmağıma görə televiziyalar ayda iki min manat təklif edir...” - Tanınmış astroloq...

Baxış sayı: 
57
1  
0  

“Bir dənə dini verilişimiz yoxdu ki, insanlarımız maariflənsinlər. Ancaq insanlarımız bir-birilərini söyməklə məşğuldurlar”

Turaninfo.org xəbər verir ki,Bunu Moderator.az-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli deyib. S.Rəhimli bildirib ki, müvafiq qurumların falçılığın qadağan olunması çıxışı pafosdur:

“Bu kimi hadisələrin baş verməməsi maariflənmənin nəinki ləngiməsi, getməməsindən irəli gəlir. Özünüz də şahidi oldunuz ki, Şabranda baş verən hadisədən sonra nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bu məsələyə münasibət bildirmədi. Amma hansı ki, bununla onlar məşğul olmalıdır. Falçılığın qadağan olunduğunu desələr də, keçən dəfə də qeyd etdim ki, İçərişəhərdə 20-dən çox falçı var, hər gün də qapılarında növbədir. Hadisələr göstərir ki, bunların hamısı pafosdur, heç bir şeyin qarşısı alınmayıb”. 

Astroloq deyib ki, televiziyalarımızda da bu mövzuda məsələ ürəkaçan deyil:

“Bir dənə dini verilişimiz yoxdu ki, insanlarımız maariflənsinlər. Ancaq insanlarımız bir-birilərini söyməklə məşğuldurlar. Nəticədə insanlarda ümid o qədər ölür ki, hər şeydə bir ümid axtarırlar və ona görə də falçılara, cadugərlərə üz tuturlar. Mənim özüm on aydır iş axtarıram, indi durum deyim ki, nəsə edib yolumu bağlayıblar? Canım çıxmalıdır gedib iş axtarmalıyam, təklifləri dəyərləndirməliyəm. Qızlar var ki, qırx yaşa çatıb ərə getməyib, deyir ki, mənə nəsə ediblər. Bu real bir şey deyil axı. 

Bu yaxında məni ATV kanalına dəvət etdilər iki saatlıq verilişdə dörd dəqiqəlik çıxışım oldu. Məndən çox Nadir Qafarzadə, Əlikram Bayramov danışdı və hələ üç-dörd mahnı da oxudular. Veriliş boyu reklam edib tamaşaçı yığdılar və axırda da dedilər ki, dörd dəqiqə vaxtımız qalıb, nə deyə bilərsiniz? Dedim ki, heç nə deyə bilmərəm. Danışmağa imkan vermirlər. Amma mən orda gələn il şou-biznes aləmində kimlərin “at oynadacğını” desəydim, mahnıları saxlayıb mənə söz yer verəcəkdilər. Efirlərimizin günü budur. Hansı verilişə gedirəm deyirlər ki, sponsorlar ciddi mövzulara görə pul ayırmır. Deyirlər ki, hər ay min, iki min manat veririk gəl burda skandal yarat. Bu da ki, bizim yolumuz deyil”.

Загрузка...
Загрузка...