Efirdə bakirəlik pərdəsi qalmaqalı: “Bu cinayəti həkimlər edir” – VİDEO

Baxış sayı: 
1 297
0  
0  

“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qalmaqallı anlar yaşanıb.
Minval.info xəbər verir ki, proqramın mövzusu olan qohum evliliyi ətrafında müzakirələr aparılıb.
Verilişə dəvət alan seksopotoloq Xudaverdi Əliyev bakirəlik pərdəsinin kosmetik bəsit əməliyyat olduğunu dilə gətirib. O həmçinin bunu plastik burun əməlliyyatına bənzədib.
Qonaqlardan digəri hüquqşünas Tahir Əlirzayev həkimin onun dedikləri ilə razılaşmayıb və özündən çıxıb. O, bakirəlik pərdəsi əməliyyatını cinayət adlandırıb:
“Siz burunla oranı qarışdırmayın. Ən çox nikahalar buna görə pozulur. Məlum olur ki, sonradan bərpa olunub. Həkimlər yaradır bu cinayəti. Kim edir bunu? “Svarşik” edir? Mən edirəm? Həkim bunu edir”.
Həkim isə hüquqşünasın sözlərinin qarşılığında əməliyyatın cinayət olmadığını söyləyib.
T.Əlirzayev bunu mənəvi cinayət hesab etdiyini dilə gətirib.
 

Загрузка...
Загрузка...