​ Ebru Gündeşə AĞIR İTKİ - FOTO

Baxış sayı: 
65
1  
0  

Müğənni Ebru Gündeşin atası Remzi Gündeş bir neçə gün əvvəl vəfat edib.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, köhnə əşyaların satıldığı mağazada çalışan və orada yaşayan Rəmzi Gündeşin qəfil halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Lakin 76 yaşlı R.Gündeşin həyatını xilas etmək mümkün olmayıb. Ulduz alkoqolizmdən əziyyət çəkən atasını səssiz-sədasız dənf edib. Müğənninin illərdir ki, küsülü olan atası həm də sirroz xəstəsi olub.
 
Qeyd edək ki, atası müğənni 4 yaşında olarkən anası ilə onu tərk edib. Bir neçə il əvvəlsə atası Ebrunu ona baxmamaqda günahlandırmışdı.

Загрузка...
Загрузка...