"Düz deyir də, indiki vaxtda kilosu 2 manata kartof olar?" — Vahid Əhmədovdan Əli Əhmədovun İRADINA REAKSİYA

Baxış sayı: 
34
1  
0  

 
“Baş nazirin müavini Əli Əhmədovun bazarlara və marketlərdə qiymətlərlə maraqlanmasını alqışlayıram. Nəhayət ki, hökumət üzvlərindən biri çıxıb bazarlardakı vəziyyətlə maraqlandı”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
 
Onun sözlərinə görə,  bəzi məhsulların  baha olması başadüşüləndir: “Çünki onların istehsalı üçün müəyyən komponentlər ölkəyə idxal olunur. Amma elə məhsullar var ki, onun xariclə heç bir əlaqəsi yoxdur. Azərbaycanda istehsal olunur, ancaq qiymətlər bahadır”- deputat bildirib.
 
Baş nazirin müavini  Əli Əhmədovun  kənd təsərrüfatı naziri ilə birgə bazarlarda və marketlərdə qiymətlərlə maraqlanmasına gəldikdə, deputat  hökumət üzvlərinin bu addımını təqdir edib. Bildirib ki, baş nazirin özü də bazarda  kartofun kilosunun 2 manat olmasına etiraz edib. “Düz deyir də,  indiki vaxtda kilosu 2 manata kartof olar? Ümumiyyətlə, qiymətlər çox bahadır. Niyə bahadır?  Bəlli deyil. Bunun səbəbi araşdırılmalıdır. Ona görə də baş nazirin müavinin bazarı gəzməsi qiymətlərlə maraqlanması yaxşı oldu.  Bunun səbəbi araşdırılmalıdır”- V.Əhmədov bildirib.
Deputat qiymətlərin baha olmasını bir sıra səbəblərlə əlaqədar olduğunu hesab edir: “Ya ixracat həddən artıqdır ki, qiymət bahadır, ya kəndliyə məhsulu rahat bazara çıxarmasına imkan verilmir.  Dəllalar ortada qazanır. Onlar qiyməti qaldırır. Ona örə  bu vəziyyəti araşdırmağa ciddi ehtiyac var. Amma indiki vaxtda  bəzi məhsulların qiyməti çox bahadır.  Heç kimə sir deyil ki, bu il qiymətlər keçən ildəkindən də bahadır”.
 
 Bazarda məhsull bolluğu yaratmaq və qiymətləri tənzimlənməsi istiqamətində hansı zəruri addımların atılmasına gəldikdə  millət vəkili bildirib ki, bunun üçün hökumətin müvafiq qurumları var və onlar araşdırma aparıb  və monitorinqlər həyata keçirməli, qiymət artımım səbəbi öyrənilməlidir. “Ölkə başçısı  tərəfindən ölkədə kənd təsərrüfatı məhsullarınıın istehsalının  artırlması, əhalinin rifah ahlının yaxşılaşıdırılması məqsədi ilə güzəştli kreditlər, subsidiyalar verilib. Ancaq qiymətlər yenə də bahadır. Oan görə də bazarı araşdırmağa çox ehtiyac var. Hərə öz istədiyi qiyməti qoyur.  Düzdür, qiyməti  bazar tənzimləyir. Gündəlik tələbat ərzaq məhsulları olduğundan insanlar da bu məhsulları almağa məcburdur.
 
Odur ki, monitorinq yolu ilə bunun vəziyyəti öyrənilməlidir”- millət vəkili bildirib.
 
Mürtəza
Ölkə.Az

Загрузка...
Загрузка...