​Düşmən TƏLAŞ İÇİNDƏ: Türkiyəyə qarşı ABŞ və Avropadan elə bir şey istədilər ki...

Baxış sayı: 
69
1  
0  

Türkiyə Silahlı Qüvvələri və Suriya Mili Ordusunın Suriyanın şimalında həyata keçirdiyi “Sülh Çeşməsi” (Barış Pınarı) əməliyyatı çərçivəsində ağır zərbələr alan PYD terror təşkilatı ABŞ və Avropadakı müttəfiqlərinə kömək üçün yalvarmağa başlayıb.
 
Publika.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşrinə danışan təşkilatın liderlərindən biri olan Məzlum Kobani ləqəbli Fərhad Abdi Şahin ABŞ-ın Türkiyə və PYD arasında vasitəçilik etməsinə razı olduqlarını söyləyib.
 
“Amerikalıların vasitəçilik təklifini qəbul edirik. Amerikalılardan Türkiyə tərəfindən başladılan müharibəyə son verilməsini təmin etməsini tələb edirik. Müharibə bitməsə, ABŞ-ın xəyanət etdiyini düşünəcəyik. Hələ ki, məyusuq. Bizim gözlərimizdə amerikalıların etibarı zədələndi”, - o deyib.
 
Şahin həmçinin, ABŞ və Avropadan Suriyanın şimal-şərqində uçuşa qadağan bölgənin elan edilməsini istəyib.
 
“Hava məkanı uçuşa bağlanmasa, türklər havadan bizə hücum etməyə davam edəcəklər, müharibə uzun və ağır olacaq, bizlər qətl ediləcəyik”, - terror təşkilatının nümayəndəsi bildirib.

Загрузка...
Загрузка...