​Düşmən Murovda postlarımızı “ələ keçirib”? – MN-dən açıqlama

Baxış sayı: 
217
2  
0  

 
Düşmənin Murov istiqamətində 3 postumuzu ələ keçirməsi və Goranboy rayonu Tapqaraqoyunlu istiqamətində şəhidlərimizin olması haqda yayılan məlumatlar tam əsassızdır və həqiqəti əks etdirmir.
 
Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib.
 
O, ictimaiyyəti belə əsassız, yalan məlumatlara inanmamağa çağırıb və hazırda Ordumuzun cəbhə xəttində vəziyyətə nəzarət etdiyini bildirib.
 
Qeyd edək ki, iki gün əvvəl də sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində vəziyyətin gərginləşməsi barədə yalan məlumat yayılmışdı.

Загрузка...
Загрузка...