​Dünyaya demokratiya dərsi keçən ABŞ-ın öz polisinin "örnək" davranışı - Video

Baxış sayı: 
91
3  
0  

 
Dünyaya demokratiya və insan haqlarına dair dərs keçməsinə baxmayaraq, yer üzünün ən qəddar, amansız, qaba polisləri məhz ABŞ-dadır.
 
Aşağlda seyr etdiyiniz videogörüntülər o kobudluğun, aqressivliyin yalnız bir epizodudur - dənizdə damla misalı.
 
Bu ölkədə polis əməkdaşları əmrlərinə tabe olmayan, yaxud da adi anlaşılmazlıq üzündən gec tabe olan günahsız adamı belə sərbəstcə güllələyə bilər.
 
Polislərin insanlara qarşı ən çox cinayət törətdiyi ölkələrin başında gələnlərdən biri də ABŞ-dır.
 
Təbii ki, tarixən cinayətkarlığın yayğın olduğu, hər addımbaşı qətllər, soyğunlar törədildiyi, az qala hər bir yetkin şəxsin odlu silah gəzdirdiyi ölkədə polis qüvvələrini sərt davranmaqda ittiham etmək düzgün olmaz.
 
Amma iş ondadır ki, amerikalı polislər dinc aksiya keçirən şəxslərlə də bu cür, aşağıdakı videoda gördüyünüz kimi davranır.
 
ABŞ rəsmiləri isə dünyada demokratiya və insan haqlarına dair illik hesabatlar hazırlayır, başqa ölkələrdə polisin dinc nümayişçilərə "qeyri-adekvat qüvvə tətbiq etdiyi"ni qınayır. Arada bir özünüzə də baxın, necə deyərlər...
 

Загрузка...
Загрузка...