​Dünyanın ən varlı ailələrinin adları açıqlandı - ŞOK RƏQƏMLƏR

Baxış sayı: 
51
1  
0  

“Blumberq” iqtisadi xəbərlər saytı dünyanın ən varlı ailələrinin adlarını açıqlayıb.
 
Publika.az xəbər verir ki, siyahının ilk pilləsində “Walmart” marketlər şəbəkəsinin rəhbəri Walton ailəsi yer alıb. Ailənin 190,5 milyard dollar sərvəti var.
 
İkinci yerdə isə “Mars” şokoladlarının istehsalçısı olan Mars ailəsidir. Bu ailə sadəcə 2019-cu ildə 37 milyard dollar gəlir əldə edib və sərvətləri 126,5 milyard dollara çıxıb.
 
Üçüncü sırada “Koch Industries” adlı petrokimya şirkətinin rəhbəsi Çarlz və Devid Koç qardaşları qərarlaşıb. Qardaşlar 124,5 milyard dollar sərvətə malikdir.
 
Sıralamanın 4-cü pilləsi Səudiyyə Ərəbistan xanədanlığınındır. Xanədanlıq 100 milyard dollarlıq sərvətə sahibdir. İlk beşliyi Fransanın “Şanel” parfüm evinin sahibi Alen və Cerard Verteymer qardaşları tamamlayır. Onların 57,6 milyard dollarlıq sərvəti var.
 
Zümrüd

Загрузка...
Загрузка...