​Dünyanın ən varlı adamı rekord qiymətə 83 illik evi aldı - Möhtəşəm malikanə

Baxış sayı: 
128
1  
0  

Dünyanın ən varlı adamı Ceff Bezos ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills bölgəsində rekord qiymətə malikanə alıb.
 
Publika.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
 
Bildirilib ki, Ceff “Warner Bros” film studiyasının qurucularından olan Cek Uornerin 1937-ci ildə inşa etdirdiyi malikanə üçün 165 milyon dollar ödəyib.
 
36 min kubmetr sahədə Corcia stili ilə inşa edilmiş memarlığa sahib malikanə iki qonaq binası, bir bağ, 3 parnik, tennis kortu, üzgüçülük hovuzu, qolf sahəsi və xüsusi təmir mərkəzi ilə yanacaqdoldurma məntəqəsi olan avtomobil qarajından ibarətdir.

Загрузка...
Загрузка...