​Dünyanın ən təhlükəli terrorçusu öldürüldü - Tramp təsdiqlədi (FOTO)

Baxış sayı: 
56
2  
1  

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Əsiri öldürülüb.
 
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İbrahim əl-Əsirinin iki il əvvəl Yəməndə ABŞ istehsalı olan pilotsuz uçuş aparatı ilə edilən hücumda öldürüldüyünü təsdiqləyib.
 
Üsamə bin Ladenin 2011-ci ildə öldürülməsindən sonra dünyanın ən təhlükəli terrorçusu sayılan İbrahim əl-Əsiri partlayıcı maddələrin hazırlanması üzrə peşəkar olması ilə tanınırdı. O, istehsal etdiyi “alt paltarı bombası” ilə ABŞ-a məxsus bir sərnişin təyyarəsini 2009-cu ildə partlaştmaq istəmişdi. Üzərində bomba olan gəncin tələsik davranması səbəbiylə plan baş tutmamışdı.

Загрузка...
Загрузка...