​Dünyanı uşaqlara verəkmi ,,,?

Baxış sayı: 
155
12  
0  

Uşaqlar günü, analar günü, sevgililər günü nə bilim nə günü...
Artıq param-parça olduq günləri ayları parçalamaqla...
Canavar kimi parçaladıq bir-birimizi.
Düşüncə tərzim dünyaya zidd olsa da, ziddiyyətli dünyanı da vecimizə almamalı və yazmalı.
Uşaqlar günü…
Bəs uşağı olmayanlar? Qardaş-bacı uşağı ilə təsəlli tapanların uşaq yarası sağaldımı heç?
Bəs övladlığa uşaq götürənlər, süni mayalanmaya üz tutan insanların qayğıları azaldımı?
Xüsusi qayğıya ehtiyacı olan xəstə uşaqların aqibəti necə oldu görən? 
Övladlarını əsgəri xidmət zamanı, döyüşdə itirən anaların göz yaşları qurudumu barı?
 
Dövlət məktəblərində təhsil alan, tikiş fabrikinin istehsal etdiyi yöndəmsiz məktəb geyimlərini məcburən  və həvəssiz geyinən  balacaların yanlarından  keçən özəl məktəblərin servislərinə necə kədərli gözlərlə baxdıqlarıını köks ötürdüklərini kimsə gördümü?
 Arzuladığı kimi yaşamayan uşaqların çoxaldığı bir məmləkətdə yaşayırıq biz.
 Biz də uşaq idik.
Diri ikən uşaqlıq arzulamızı məhv etdilər.
Ölü kimi yaşatdılar uşaqlıq illərini bizə.
Bağçada sevgi görmədik.
Məktəbdə də danlandıq, cəzalandırıldıq.
Universitetdə də azad olmadıq. Qorxduq, qorxudulduq.
İndi isə böyümüşük.
 Uşaq ölümlərinə susa-susa “Dünyanı verək uşaqlara “ deyirik.
Əllərimizlə qapaz vurduğumuz başlara sünicəsinə tumar çəkirik.
Bir də bizim gələcəyimizi oğurlayanlarla selfi çəkdirməyə can atırıq.
Yalançı xeyriyyə tədbirləri, bayağı konsertlər, şit mügənnilər.
Yenə seçilmiş uşaqlar...
Seçilmişlər!
Bir də qoyduğunuz  “sağlam, yaşıl cəmiyyət”.
 
Dünyanı verəkmi uşaqlara???
Uşaqlar uşaqdır.
Biz də uşağıq.
Anam da, atam da, siz də.
Dünyanı istəmirik.
Bircə haqlarını almayın yetər.

Elmira Kənan

Загрузка...
Загрузка...