Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötdü

Baxış sayı: 
88
2  
0  

Dünyada koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.

Təşkilatın məlumatına görə, dünyada 20 834 nəfər COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb. 

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

 
Загрузка...
Загрузка...