​Dünyada hər il üç milyon insan BU SƏBƏBDƏN ölür

Baxış sayı: 
98
2  
0  

Rusiyalı mütəxəssislərin fikrincə, alkoqol sağlamlığa mənfi təsir göstərir, anti-sosial hərəkətlərin ehtimalını artırır, həm də özünü təcrid zamanı daha çox ziyan vura bilər, çünki bu, psixi pozğunluq və zorakılıq şansını artırır.
 
Publika.az Kp.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı hüquqlarının qorunması və insan istəklərinin qorunması sahəsində nəzarət Xidməti məlumat yayıb.
 
Bildirilib ki, yüksək alkoqollu içki CoViD-19-ə səbəb olan virusu öldürə bilməz. Ümumdünya Səhiyyə Təşkilatının da məlumatına əsasən, güclü alkoqol koronavirusu öldürmür, ancaq immuniteti zəiflədir.
 
Diqqətə çatdırılıb ki, alkoqol psixi aktiv maddədir, zehni sağlamlıq pozğunluqlarının inkişafı ilə əlaqələndirilir.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il üç milyon insan spirtli içkidən ölür - bu, ölüm səbəbləri arasında böyük göstəricidir. Bundan əlavə, sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı hər il artır.
 
Aytən Məftun

Загрузка...
Загрузка...