​DÜNYA ŞOKDA: ölü sayı sürətlə artır, qarşısını almaq mümkün olmur

Baxış sayı: 
58
2  
0  

Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirus (2019-nCoV) epidemiyasına yoluxanların sayında artım var.
 
Publika.az xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının son açıqlamasına əsasən, 830 nəfər virusa yoluxub, 25 nəfər dünyasını dəyişib.
 
Koronavirusa yoluxanlardan 177-nin vəziyyəti ağırdır. Onlarla təmasda olan 8 min 420 nəfər karantinə alınıb. Virusu daşıma şübhəsi olanların sayı 1072-dir.
 
Ölkənin Tibet Muxtar Bölgəsi və Çinqay əyalətindən başqa, bütün bölgələrdə epidemiya yayılıb.
 
Vuhan, Huanqqanq, İsou, Şienninq şəhərləri ilə Çıbi, Şientao, Cıcianq, Çiencianq rayonlarında metro, avtobus və gəmi səfərləri müvəqqəti dayandırılıb.
 
Bəzi şəhərlərdə yanacaqdoldurma məntəqələri, xəstəxana, aptek və marketlərdən başqa fəaliyyət göstərən bütün obyektlər bağlanıb. Məktəb və universitetlərdə dərslər dayandırılıb. Hüquq-mühafizə orqanlarının istirahət günləri ləğv olunub.
 
Maliyyə Nazirliyi Vuhan şəhərindəki epidemiya ilə mübarizə üçün 1 milyard yuan (144 milyon dollar) ayırıb.
 
VİRUSUN ƏLAMƏTLƏRİ
 
Ortaya çıxdığı yerin adı verilən "Vuhan virusu" nəfəsalma, asqırıq və öskürək zamanı hava yolu ilə keçir. İlkin simptomları yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı və ishaldır. Bir müddət sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur. Ölüm riski yüksəkdir.
 
Virus ilk dəfə ötən il 12 dekabrda ortaya çıxıb.
 
Zümrüd

Загрузка...
Загрузка...