​Dünya şöhrətli müğənninin nəvəsi İNTİHAR ETDİ - FOTO

Baxış sayı: 
112
1  
0  

Rok kralı Elvis Preslinin nəvəsi Benjamin Kio 27 yaşında ölüb.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onun Kaliforniyanın Kalabasas şəhərində öldüyü bildirilir.
 
TMZ portalının hüquq-mühafizə orqanlarındakı mənbəsinə görə, gənc intihar edib. Mərhum Kionun anası Mariya Preslinin yaxın dostları məlumatı təsdiqləyib.
 
“O, çox pis vəziyyətdədir, ancaq 11 yaşlı əkiz uşaqları və böyük qızı Riley üçün güclü olmağa çalışır. Əlbəttə ki, oğlunu sevir və pərəstiş edirdi. O, anasının hər şeyi idi” , - mənbələr bildirib.
 
Benjamin Kio 1992-ci ildə anadan olub. Musiqiçi olduqca qapalı bir həyat tərzi keçirməsinə və ictimai hadisələrdən uzaq qalmasına səy göstərməsinə baxmayaraq, babasına bənzərliyi ilə hər zaman diqqət çəkirdi.

Загрузка...
Загрузка...