​Dünya iranlı qadınların bu görüntülərindən danışır - FOTOLAR

Baxış sayı: 
46
1  
0  

Beynəlxalq media obyektivlərini ABŞ ilə müharibənin astanasına gələn İrana çevirib.
 
Publika.az xəbər verir ki, “Associated Press” (AP) xəbər agentliyi “Acı sosdan dodaq boyasına qədər ABŞ məhsulları İrana sızır” başlığı ilə məqalə dərc edib.
 
 
 
Xəbərdə paytaxt Tehrandakı məşhur restoranların menyularına yer verilib.
 
Müştərilər ABŞ istehsalı “Coca-Cola” içir, masalarda “Heinz” ketçupları və “Tabasco” sosları görünür.
 
 
 
ABŞ İrana genişmiqyaslı sanksiyalar tətbiq etsə də, məhsulları ölkənin hər tərəfində var: yemək, film, musiqi və geyimlər...
 
AP xəbərinə “sizin üçün ABŞ-dan gətirilən yeməklərlə İslam Respublikasındakı axşam yeməyinə xoş gəldiniz” cümləsini əlavə etməyi unutmayıb.
 
 
 
Tehran küçələrində tez-tez “ABŞ-a ölüm” şüarları səsləndirilsə də, iranlı gənclər ABŞ məhsullarından imtina edə bilmir.
 
21 yaşlı universitet tələbəsi Əhməd Rza Amerikan həyat tərzinin cazibədar olduğunu deyir. Rza ilə eyni restoranda əyləşənlər ABŞ istehsalı siqaret tüstülədir.
 
AP bildirir ki, təkcə “Coca-Cola”nın İrandakı içki sektorunda payı 28%-dir. “Pepsi” isə 20% paya sahibdir.
 
 
 
İranlılar ABŞ prezidenti Donald Trampın ötən il nüvə razılaşmasından çıxmasına və tətbiq etdiyi sanksiyalara nifrətlərini dilə gətirir.
 
İrana daxil ola bilən azsaylı xarici media qurumlarından olan BBC-nin müxbiri Martin Peyşns Tehran və Qumda iranlılarla söhbət etməyə çalışıb. BBC komandası səyahətləri boyunca hökumət tərəfindən ayrılmış təmsilçilərlə gəzib. İranlılar ABŞ-ın tətbiq etdiyi sanksiyalardan şikayətlənib. Onların topladığı materiallar bütün dünya mediasının diqqətindədir.
 
 
 
Rəsmi Tehran isə ABŞ tərəfindən xəyanətə uğradığını, hələ də razılaşmaya dəstək verən İngiltərə, Fransa və Almaniya kimi Avropa ölkələri tərəfindən tək qoyulduğunu düşünür.
 
İranda jeç kim ABŞ-la hərbi münaqişənin reallaşcağına inanmır...
 
 
 
BBC-nin apardığı sorğu nəticəsində məlum olub ki, iranlılar ABŞ-la müharibənin başlayacağı təqdirində ölkədə rejimin dəyişməsini istəyir.
 
Zümrüd

Загрузка...
Загрузка...