Dünya çempionu "Bavariya"da - 35 milyon avroya

Baxış sayı: 
135
1  
1  

"Ştutqart"ın müdafiəçisi Bencamen Pavarın "Bavariya"ya keçidi yaxın 1-2 gün içində açıqlana bilər.

Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq tərəflər arasında demək olar ki, bütün detallar müzakirə olunub. Münhen təmsilçisi Fransa millisinin üzvü üçün tələb olunan 35 milyon avronu ödəməyə razıdır.

Bununla yanaşı, Pavarın "Bavariya" ilə müqavilə bağlayıb, mövsümün sonunadək "Ştutqart"da icarə əsasında oynaması da istisna olunmur.

Qeyd edək ki, Pavar Fransa millisinin heyətində ötən ilin yayında Rusiyada keçirilən dünya çempionatında qalib olub.

 
  •  
Загрузка...
Загрузка...