​DTX XİN-də əməliyyat keçirir SON DƏQİQƏ

Baxış sayı: 
118
2  
0  

 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
 
Bu barədə Musavat.com Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumat verir.
 
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 
Musavat.com

Загрузка...
Загрузка...