“Drop Shipping” ilə gündə 150 dollar qazanmaq imkanı – Yeni ticarət

Baxış sayı: 
192
0  
0  

 “Drop Shipping” ticarət növüdür. Azərbaycanda olmasa da, dünyada çox məşhurdur.
Bu işə başlamaq üçün elə böyük vəsaitə ehtiyac yoxdur. Evdə oturub, cəmi bir neçə saatınızı sərf etməklə “ Drop Shipping”dən gün ərzində 150-200 dollar qazanmaq imkanınız var.
“Drop Shipping” ilə hər kəs məşğul ola bilər. Olduqca asandır. Əsas odur, həvəs olsun.
Bildiyiniz online satış işidir. Özəlliyi isə odur ki, məhsulu müştəriyə sizin yerinizə tədarükçü çatdırır.  Bunun üçün tədarükçülərlə razılaşmaq lazımdır.
Bu gün “Drop Shipping” ticarətində hər kəsin rahatlıqla əməkdaşlıq edə biləcəyi onlarla tədarükçü var. Bunlardan biri də hamımızın tanıdığımız AliExpressdir.
Deməli, öncə özünüz üçün sayt açırsınız. AliExpress-in məhsullarını həmin sayta yerləşdirirsiniz. Daha sonra reklam işlərinə başlayırsınız.
Sonrası çox rahatdır. Müştəri sizin sayt vasitəsi ilə ödəniş edərək hər hansı bir məhsul sifariş verir. Siz isə həmin sifarişi AliExpress-ə yönəldirsiniz. Bu zaman müştərinin məhsul üçün hesabınıza göndərdiyi pulu da AliExpress-ə ödəməyi yaddan çıxartmayın. Yalnız bundan sonra AliExpress satıcısı sifarişi müştərinizə göndərəcək.
Sifariş verərkən müştərinin adı, ünvanı, hansı məhsulu aldığını dəqiqliklə qeyd etmək lazımdır.
Unutmayın, “drop shipping” reklamsız mümkün deyil. Bunun üçün “facebook”-un yaratdığı imkanlardan istifadə edə bilərsiniz. Başlanğıcda reklama çox pul xərcləməməyə çalışın. Gəlirləriniz çoxaldıqca reklam pullarını da artırmaq olar.
Reklam zamanı uğurlu marketinq alətlərindən istifadə edin. Məsələn, “endirim üçün son üç saat” sınaqdan keçirilmiş üsuludur. Necə deyərlər, müştərilərinizi rahatlıqla “tora” sala bilərsiniz.
Yeri gəlmişkən, “Drop Shipping”də hədəf müştəriniz əsasən ingilis dilli kontingent olmalıdır. Türkiyə, Azərbaycan kimi ölkələrdə qazanc əldə etməyiniz mümkün deyil.
Reklamla yanaşı, satacağınız məhsuldan da çox şey asılıdır. Nə satdığınızı, niyə satdığınızı bilin. Düzgün məhsul seçməsəniz, reklam üçün xərclədiyiniz pul da boşuna gedəcək.  Ən tələbatlı malları AliExpress vasitəsi ilə müəyyən etmək mümkündür. Belə ki, saytda məhsulları satış saylarına görə sıralamaqla nəyin daha çox alındığını öyrənə bilərsiniz.
Tədarükçi seçimi də vacibdir. Diqqət edin ki, tədarükçü neçə vaxtdır işləyir? Müştərilər razıdırlarmı? Ən əsası, tədarükçü şirkət “Dropp Shipping”i dəstəkləyirmi?
Partnyorunuzdan əmin olmaq üçün bəyəndiyiniz bir məhsulu sifariş verin. Nə qədər vaxta gəldiyinə, malın keyfiyyətinə diqqət edin.
Yeri gəlmişkən, ingilis dilini bilməyən tədarükçü ilə iş görməyin.
“Drop Shipping”-in üstünlükləri çoxdur. Məsələn, alveriniz zəifdirsə, satdığınız məhsulu dəyişə bilərsiniz. Tədarükçünüzdən narazısınız? Problem deyil. Konkret tədarükçüyə bağlı deyilsiniz. Kiminlə istəsəniz işləyə bilərsiniz. Bazarınız çox böyük olacaq, dünyaya satış imkanınız var.
Bir şeyi də əlavə edək ki, “Drop Shipping” vergisiz iş görmək deyil. Bir sayt qurursunuzsa, onda şirkətiniz də olmalı və şirkətin olduğu yerə görə vergi ödəməlisiniz. Bəs, şirkəti harda qurmalıyam deyirsinizsə, mütəxəssislərlə məsləhətləşin.
Bu işin əsas sirri müştəri məmuniyyətindədir. Hər zaman müştərilərin razılığını ön planda tutun. Unutmayın, razı qalmayan müştəri təkrar alış-veriş etməyəcək. Ətrafına da məsləhət görməyəcək.
Əslində, çox sadədir, bununla belə əziyyətlidir. Əvvəldə də dediyim kimi həvəsiniz yoxdursa, başlamayın. İndidən deyim, zaman və əmək sərf etmək istəmirsinizsə, sona qədər gedib çıxa bilməyəcəksiniz.
Rövşən Əbdülrəhmanlı

Загрузка...
Загрузка...