Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul

Baxış sayı: 
68
1  
0  

Dəri bədənimizin ən böyük orqanıdır və həyat tərzimiz onda əks olunur. Əgər sağlam qidalanır, məşq edir və stressdən uzaq durmağa çalışırsınızsa, dəri yaxşı görünür. Bir çox məhsulun tərkibinə bədənin təmizlənməsinə və qocalma prosesini ləngitməyə kömək edən antioksidantlar daxildir.
 
Publika.az bu yazıda oxucuları dərinin sağlam və parlaq olmasını təmin edən faydalı bitkilərlə tanış edib.
 
1. Tərə
 
Tərə kalsium, kalium, maqnezium, fosforun əla qaynağıdır. Bu, qan dövranını yaxşılaşdırır və bədəni təmizləyir. Bu bitki immuniteti gücləndirir, həzmini yaxşılaşdırır və yod tərkibi sayəsində tiroid vəzinə dəstək verir.
 
2. Qırmızı bibər
 
C vitaminindən savayı karotenoid adlanan güclü antioksidantları ehtiva edir. Onlar anti-iltihablı bir çox xüsusiyyətlərə malikdir və dərini günəşin zərərli təsirlərindən, çirklənmədən və ətraf mühitin toksinlərindən qorunmasına kömək edə bilər.
 
3. Papaya (Qovunağacı)
 
Bu dadlı ekzotik meyvə müxtəlif antioksidantlar, vitaminlər və minerallarla zəngindir, bu da cildin elastikliyini yaxşılaşdırmağa, nazik xətlər və mimik qırışların görünüşünü minimuma endirir.
 
4. Qarağat
 
Qarağat A və C vitaminləri, həmçinin antosiyanin antioksidantları ilə zəngindir. Dərini zərərdən qoruyur, təmizləyir və təbii yenilənməni funksiyasını yerinə yetirir.
 
5. Brokoli
 
Brokoli vitamin C və K, folate, lutein və kalsiumla zəngindir.
 
6. İspanaq
 
İspanaq bütün bədəni oksigenlə təmin edən kömək edən antioksidantlarla boldur. Onun tərkibinə A, C, E və K vitaminləri, maqnezium, lutein daxildir.
 
7. Fındıq
 
Qoz, fındıq, fıstıq və badam kimi çərəzlərin tərkibindəki E vitamini xüsusilə dəri toxumasını bərpa etməyə və nəm balansını saxlamağa kömək edir, həm də ultrabənövşəyi şüaların zərərli təsirlərindən qorunmaq üçün əla vasitədir.
 
8. Avokado
 
Avokadoda iltihaba qarşı mübarizə aparan, dərini hamar və elastik edən yağ turşuları çoxdur. Buraya K, C, E və A vitaminləri, B qrupunun vitaminləri və kalium daxildir.
 
9. Şirin kartof
 
Şirin kartofa narıncı rəng verən A vitamininə çevrilən beta-karotendir. A vitamini dəri elastikliyini bərpa etməyə kömək edir, dəri hüceyrələrinin mübadiləsini təşviq edir.
 
10. Nar
 
Nar əsrlər boyu dərman vasitəsi kimi istifadə edilib. C vitamini və müxtəlif güclü antioksidanlarla zəngin olan nar vücudu sərbəst radikallardan qoruyur və iltihabları azaldır.
 
Aytən Məftun

Загрузка...
Загрузка...