"Dözə bilmirəm, uşağımı verin" - Ailəsini Ayselin dağıtdığını deyən qadın

Baxış sayı: 
96
2  
0  
13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova hələ də övladına qavuşa bilməməkdən gileylənib. 
 
 

Axşam.az-ın məlumatına görə, "Səni axtarıram" proqramında yer alan Turanə keçmiş həyat yoldaşı Elçin Nəcəfovun hələ də onu aldatdığını bildirib:

"Övladımdır, onsuz yaşaya bilmərəm. Mənə kömək edin, yalvarıram. Artıq övladımsız dözə bilmirəm. Uşağımı alın, mənə verin".

Aparıcı Xoşqədəm Hidayətqızı isə "Yetim" ləqəbli Elçinin onları aldatdığını açıqlayıb:

"Hamı mənə yazır ki, Turanə heç ağlamır. İnsanlar fərqlidir, hisslərini fərqli göstərir. Kiməsə deyə bilməzsən ki, ağla, özünü öldür. Yazırlar ki, Turanədə problem var, uşaq istəyənə oxşamır. Ağlıyana da deyirsiz, öyrədilir. Bu insan abrına qısılır, sakit durur. Səbirlidir, nə etsin? 

Elçin, sən necə kişisən? Səndən avtomobil alanlar, sənə necə inanır? Elçinlə Turanəni görüşdürdüm, ordan qayıdanda qayıtdı ki, ona inanmayın Xoşqədəm xanım. Mən qışqırdım ki, o, kişidir, söz verib. Amma gördüm. Həyat yoldaşım və atamdan başqa heç bir kişiyə daha inanmayacam. Elçinlə görüşdüm, sülh sazişi imzalandı, amma etmədi. Ən ağır zərbələri onlardan aldım. Bu qadın dedi, aldadır, məhkəmədə vaxt udmaq istəyir. Mən kişiyə inandım ki, qarşımdakı kişidir".

Qeyd edək ki, Turanə əri ilə Aysel Əlizadənin eşq yaşadığını idda edib. O, bildirib ki, ifaçının idarə etdiyi "Porsche" markalı avtomobili də ona əri alıb hədiyyə edib. Turanə iki qızı olduğunu, ərinin övladlarından birini götürüb, ona vermədiyini açıqlayıb.   

 
Загрузка...
Загрузка...