Döyüşlərin 20-ci günü: "Mərmini atdılar, uşaqlar da burdaydı..." VİDEOREPORTAJ, FOTOLAR

Baxış sayı: 
192
1  
0  

 
Vətən uğrunda müharibənin 20-ci günü Ermənistan Silahlı Qüvvələri Tərtər şəhərini və ətraf kəndləri atəş altında saxlamaqda davam edir. Evləri, məktəbləri, uşaq bağçalarını, hətta qəbiristanlıqları hədəf götürürlər.
 
Mülki əhalinin hədəfə alınması müharibə cinayətidir və bunu düşmən tərəfi də çox gözəl bilir. Bununla belə, cinayətlərini davam etdirir, əli silahsız insanların evlərini dağıdır, qəbiristanlıqlara qarşı vandalizm aktlarını törətməkdən çəkinmirlər.
 
"Yeni Müsavat"ın Reportyor Qrupu Tərtərin bir neçə kəndində olub, insanlarla söhbət ediblər.
 
Reportyorlarımızın hazırladıqları videoreportajı təqdim edirik:
 
 
 
 
 
E. Məmmədəliyev,
E. Əkbərov,
Musavat.com

Загрузка...
Загрузка...