“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

Baxış sayı: 
72
1  
0  

Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Turaninfo.org xəbər verir ki, qanunun 4-cü (Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları) maddəsinin 1-2 bəndi yeni redaksiyada verilib:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür. Qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Загрузка...
Загрузка...