Dövlət Dumasında onlayn narkotik satışı – Baş redaktor deputatları heyrətləndirdi

Baxış sayı: 
34
1  
0  

 
Moskvanın mərkəzində sərbəst şəkildə narkotik almaq imkanı Dövlət Dumasının deputatlarını təəccübləndirib.
 
 
Sfera.az-ın məlumatına görə, bu imkanı onlara Darknet təhlükəsi ilə bağlı parlamentdə keçirilən dinləmələr zamanı "Lenta. Ru” xəbər portalının baş redaktoru Vladimir Todorov nümayiş etdirib. Qeyd edək ki, sözügedən dinləmələri keçirmək "Rusiya narkotiklərin ağuşunda” başlıqlı xüsusi buraxılışın dərcindən sonra qərarlaşdırılıb.
 
 
 
Todorov deputatlara narkotiklərin qeyri-leqal satışı üçün yaradılan Hydra platforması haqda danışıb və elə iclas zamanı noutbukun və sırf bu məqsədlə yaradılan boş akkauntun köməyi ilə həmin platformadan istifadə qaydalarını nümayiş etdirib.
 
 
 
 
 
"Siz narkotiklərin istənilən çeşidini seçə bilərsiniz. Məsələn, marixuanadan başlayaq”, Todorov deyib, bundan sonra isə baş redaktor metroda qeyri-qanuni yolla alınan istənilən sim kart vasitəsi ilə akkaunta daxil olub kivi-cüzdana pul yatırmağın yolunu izah edib. "Gördüyünüz kimi, çox mehriban interfeysdir”,-deyə, o vurğulayıb.
 
 
 
"Narkotiklərin onlayn satışı həyata keçirilir?”- dinləmədə iştirak edən deputatlardan biri təəccüblə soruşub.
 
 
 
"Hə, Dövlət Dumasında belə olaylar tez-tez baş vermir”,- deyə, salondan səsləniblər,- İndi yazacaqlar ki, deputatlar internetdə narkotik satan sayt axtarır!”
 
 
 
 
 
Selcan
 
Sfera.az

Загрузка...
Загрузка...