​Dövlət başçısının qələmi satıldı

Baxış sayı: 
193
0  
0  

Fransada Putinin "avto qələmi" 63 min avroya satışa çıxarılıb.
Publika.az xəbər verir ki, gümüş ikibaşlı qartal və 20 svarovski daş ilə bəzədilmiş "Parker" qara avtoqələmi Parisdə, Drout hərracında 63 min avroya satılıb.
Məlumata görə, qələm Rusiya prezidenti Vladimir Putinə məxsus olub.
"Bu, incəsənət əsəri deyil, onun siyasi əhəmiyyəti var", — incəsənət bazarının mütəxəssisləri deyiblər.
Xatırladaq ki, martın 25-də Dubayda keçirilən hərracda Misirin axırıncı kralı Fərruxa məxsus qol saatı 912,5 min dollara satılıb.
İsveçrənin "Patek Philippe" markasından olan 18 karatlıq qızıl və dəri kəməri olan saat 1944-cü ildə onun üçün xüsusi olaraq hazırlanıb.
Saatın qapağında yarım ay və ulduzun olduğu tac şəkli oyulub, aşağıda isə "F" – kralın adının baş hərfi yazılıb. (Sputnik Azərbaycan)

Загрузка...
Загрузка...