Dövlət başçılarını biabır edən açıqlamalar: “Mənim gözəlliyim ondadır ki...” - FOTOLAR

Baxış sayı: 
111
2  
0  

 
"Hər şey dəyşməkdədir. İnsanlar komediya ustalarının çıxışlarını ciddi qəbul edirlər, siyasətçilərin dediklərini isə gülüşlə qarşılayırlar".
 
Amerikada at belində inək otaran-kovboy (cow-inək, boy-oğlan) rolunun mahir ifaçısı Vill Rocersin (Will Rogers) belə bir fikri var. Rocersin adı Ginnesin rekordlar kitabına da düşüb. O, bir dəfəyə atın başına, ayağına və atın üstündəki süvariyə kəmənd ata bilirdi. Amerikada dedikləri kinayəli gülüşlə qarşılanan siyasətçi çox olub. Yəqin ki, aktyor və jurnalist olan Vill Rocersin bu fikri müşahidələrdən doğub.
 
Bu istiqamətdə apardığımız ötəri bir araşdırmanın nəticəsinə diqqət edin. Elə Donlald Trampdan başlayaq.
 
“İŞİD-i Barak Obama yaradıb”
 
2016-cı ildə Donald Tramp Floridada prezident seçkisi kampaniyası zamanı belə bir bəyanatla çıxış etdi: “İŞİD-i yüksəldən Barak Obamadır. İŞİD-in yaradıcısı odur. Mən deyərdim ki, Hillari Klinton isə İŞİD-ın həmtəsisçisidir”.
 
İranın dini lideri Əli Xameneyi bu açıqlamaya istinadən İŞİD-ın ABŞ tərəfindən yaradıldğını söylədi...
 
Картинки по запросу "Donald Tramp"
 
“Açığı budur ki, İran Suriyada nə istəsə, edə bilər”
 
Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılmasına göstəriş verdikdən sonra jurnalistlərin qarşısına çıxdı. Sualların biri belə idi: “Amerika qoşunlarının Suriyadan çıxması İranın bölgədəki ambisiyalarına yeni impuls verə bilərmi?”
 
Prezidentin cavabı çoxlarını heyrətdə buraxdı: “Açığı budur ki, İran Suriyada nə istəsə, edə bilər”.
 
Картинки по запросу "Trampın biabırçılığı"
 
“Nefti isə öz ölkəmiz üçün götürəcəyik”
 
ABŞ-ın İŞİD-ə qarşı apardığı müharibə barədə danışan Donald Tramp bəyan etdi ki, "İŞİD-i məhv edəcəyik, nefti isə öz ölkəmiz üçün götürəcəyik”.
 
Bu bəyanat isə Amerikanın əleyhinə işlədi. Belə bir rəy formalaşdı ki, ABŞ İŞİD-ə qarşı məhz nefti əl keçirmək məqsədi ilə müharibə aparır...
 
Donald Tramp Hillari Klinton haqqında...
 
Debat zamanı (2016-cı il, oktyabr.) üz-üzə gəlidilər. Donald Tramp deyir: ”Məndən çox qadına hörmət edən birisi tapılmaz”.
 
5 dəqiqə sonra isə o, üzünü Hillari Klintona tutaraq gileyləndi: “Belə də murdar qadın olar?”
 

“Ərini məmnun edə bilməyən...”
 
Donald Trampın Hillari Klinton haqqında dediyi bu fikir isə bütün Amerikanı gülüşə qərq etdi: “Hillari Klinton heç öz ərini məmnun edə bilmir, axı o, bütün Amerikanı necə məmnun edə bilər?”
 
Donald Tramp qızı İvanka haqqında...
 
"İvankanın bunu edəcəyini düşünmürəm, baxmayaraq ki, onun çox cazibədar əndamı var. İvanka qızım olmasaydı, bəlkə də onunla görüşərdim". (İvanka “Playboy” jurnalına poza versə, buna necə reaksiya verərdiz”, sualına cavabı)
 
“Birini güllələyib, öldürsəm belə...”
 
“Əgər mən Beşinci xiyabanda (Fifth Avenue) dayanıb, kimi isə güllələsəm belə, seçicilərin səsini itirmərəm. Bu, inanılmaz olsa da, belədir”.(2016-cı il, yanvar. Seçicilər bu sözləri sürəkli gülüş və alqışla qarşılayırlar)
 
“Vladimir Putin Ukraynaya girməyə hazırlaşmır”
 
2014-cü il, 31 iyul. Rusiya Krımı işğal edib. Donald Trampın bundan xəbəri yoxdur. Onun bəyanatına diqqət edin: “Vladimir Putin Ukraynaya daxil olmağa hazırlaşmır. Sadəcə, siz elə (səhv) başa düşmüsüz”.
 
“Müsəlmanların Amerikaya girişi qadağan edilsin”
 
Bu fikir də Donald Trampa məxsusdur. O, iddia edir ki, Amerikani terrorçulardan qorumaq üçün belə bir göstəriş verib...
 

 
"Faşist diktatordan nümunə götürün"
 
Benito Mussolini 1922-ci ildən 1943-cü ilə qədər İtaliyaya rəhbərlik edir. Faşist diktator kimi tanınır. Hitlerin müttəfiqi olub. Donald Tramp onun fikrini sosial şəbəkələrdə yayıb: “Bir gün şir kimi yaşamaq yüz il qoyun kimi yaşamaqdan yaxşıdır”.
 
“Mənim gözəlliyim ondadır ki...”
 
Donald Trampın dilindən çıxan qanadlı ifadələrdən bir də belədir: “Mənim gözəlliyim ondadır ki, mən çox varlıyam”.
 
“Mən səhv etmirəm”
 
“Düşünmürəm ki, mən səhv edirəm. Hər dəfə birisi deyəndə ki, mən səhv etmişəm, sorğu keçirilir. Məlum olur ki, xalq arasında mənim reytinqim daha da qalxıb. Ona görə də zənn edirəm ki, mən səhv etməmişəm”.
 
Elə düşünməyin ki, yalnız Donald Tramp bu kimi gülüş doğuran fikirlərə imza atıb. Amerika tarixindən daha betər faktlarla üzləşə bilərsiz.
 

“Ronald Reyqanla aramızda seks olub”...
 
ABŞ-ın 41-ci prezidenti Corc Buş (ata Buş, 1989-1993) 1988-ci ildə çıxış edərkən deyib: “7 il yarım mən prezident Reyqanla bir yerdə çalışdım. Möhtəşəm işlər gördük. Bəzi səhvlərimiz də oldu. Aramızda sexsual münasibətlər də olub.. tfu...bizim uğursuzluğumuz da olub”. (We've had some sex...uh...setbacks.")
 
“Faktlar sarsaq şeydir”
 
Ronald Reyqan Respublikaçılar qarşısında çıxışı zamanı Con Adamdan sitat gətirir: “Faktlar sarsaq şeydir”.
 
Orijinalda isə belədir: “Faktlar ipəyatmaz (inadkar) şeydir”.
 
Maraqlıdır ki, indi bir çoxu məhz “Faktlar sarsaq şeydir” ifadəsinə üstünlük verirlər.
 

Bill Klintonun etirafı...
 
“İngiltərədə olanda bir-iki dəfə nəşə çəkdim, xoşuma gəlmədi. Çəkəndə heç qullab almadım və bir daha nəşə çəkməyə cəhd göstərmədim”.
 
Bill Klinton aktyorluq haqqında...
 
“Prezident Reyqan öncə aktyor oldu, sonra prezidentlik etdi. Mən indi prezidentəm, ola bilər ki, sonra aktyora çevrilim. Mən prezident kimi yüksək təqaüd alacam. Yəni, aktyor kimi çox ucuz qiymətə işləyə bilərəm”.
 
Картинки по запросу "Ronald Reyqan"
 
Ronald Reyqanın aborta münasibəti...
 
“Diqqətimi cəlb edən odur ki, aborta (uşaqsaldırma) o adamlar səs verirlər ki, onlar artıq doğulublar”.
 
Riçard Nikson qanun haqqında...
 
“Əgər prezident bir işi görürsə, deməli, o iş qanunidir”.
 
“3 gün qadınla olmayanda...”
 
Amerikanın ən çox sevilən prezidenti Con Kennedi: “3 gün qadınla cinsi əlaqəyə girməyəndə başımda dəhşətli ağrılar olur”.
 
Elbəyi Həsənli, musavat.com

Загрузка...
Загрузка...