​Donbas yaraqlıları Krasnodarda 3 erməni öldürdü - VİDEO

Baxış sayı: 
209
0  
0  

 
 
Dekabrın 31-də - Yeni il gecəsi Krasnodar diyarı Ust-Labinsk rayonunun Ladojskaya kəndindəki “Oqonyok” kafesindəki münaqişə zamanı 32 və 34 yaşlı iki qaraçı tərəfindən iki erməninin öldürülməsi haqda xəbər bu günlərdə yayılmışdı. Münaqişənin ermənilərin gənc qıza sataşması səbəbindən baş verdiyi bildirilirdi. 
 
Moderator.az yazır ki, “KarabakhTV”-nin  araşdırmalarından qətl olayının yeni təfərrüatları üzə çıxıb. Məlum olub ki, kafedə 2 yox, 3 erməni  öldürülüb. Bu haqda ukraynalı bloger Denis Kazanski öz “Feysbuk” səhifəsində yazıb. Blogerin daha bir maraqlı iddiası da ondan ibarətdir ki, erməniləri qətlə yetirənlər qaraçılar yox, qondarma “Donbas Xalq Respublikası”nda Ukraynaya qarşı döyüşmüş keçmiş yaraqlılar olub. Aleksandr Staviçus və Aleksey Mironov ad-soyadlı keçmiş yaraqlıların üzərindəki silahları da Donbasdan gətirdikləri bildirilir...  
 
Xatırladaq ki, erməni daşnakları 1990-cı illərdə Krasnodar və Stavropol diyarlarının da “Böyük Ermənistan” torpağı” olduğu iddiasıyla çıxış edirdilər. Bu isə yerli kazaklarla ermənilər arasında kiçik münaqişlərə səbəb olurdu...
 
Sultan Laçın

Загрузка...
Загрузка...