Donald Trampla müxalif mətbuat arasında müharibə səngimir

Baxış sayı: 
32
1  
0  

 
ABŞ prezidenti “The New York Times” qəzetini “xalqın düşməni” adlandırdı
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Rusiyanın elektrik şəbəkələrinə kiberhücum məqsədilə virus proqramı yükləmək istəməsi barədə “The New York Times” qəzetində çıxan xəbərlərə sərt təpki göstərib.
 
Twitter hesabından açıqlama verən D.Tramp, bu cümlələri yazıb: “Uğursuz “The New York Times” qəzeti ABŞ-ın Rusiyaya yönəlik kiberhücumları artırdığına dair xəbər yayıb. Bir zamanlar böyük sayılan bu qəzetin ölkəsinə ziyan gətirə biləcək bu hərəkəti virtual bir xəyanətdir. Bundan başqa xəbərin özü də yalandır. Bu gün korrupsiyalaşmış mediamızda hər şeyin bir çıxarı var. Zərrə qədər nəticələri düşünmədən hər şey edib və söyləyirlər. Bunlar əsl qorxaqlardlr və şübhəsiz ki, xalqın düşmənləridir”.
 
Xatırladaq ki, “The New York Times” qəzeti bir sıra etibarlı hökumət qaynaqlarına istinad etdiyini bildirərək Kremlin ABŞ-dakı seçkilərə müdaxilələrinə cavab olaraq Birləşmiş Ştatların Kibertəhlükəsizlik komandanlığının (CYBERCOM) Rusiyanın elektrik stansiyaları və ölkədəki digər hədəflərə gizli virus şifrələrini yüklədiyini xəbər etmişdi.
 
Qəzet bu gün Twitter vasitəsilə açıqlama verərək dövlət başçısının onlara yönəlik vətənə xəyanətlə bağlı ittihamlarını rədd edib.
 
“Mətbuatı dövlətə xəyanətdə ittiham etmək təhlükəlidir. Biz məqaləni yayımlamazdan öncə hökumət üzvlərinə göndərdik. Yazıda göstərildiyi kimi Donald Tramp iqtidarının milli təhlükəsizlik sahəsində çalışan nümayəndələri heç bir problem görmədiklərini bildirdilər”, - deyə mesajda vurğulanır.
 
Musavat.com
 

Загрузка...
Загрузка...