“Dəmirbank” əmanətçilərinə ödənişə başlayır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu Dəmirbank ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi üçün lazım olacaq sənədləri açıqlayıb.
 
Fondan Axar.az-a verilən məlumata görə, əmanətçilər əmanət müqaviləsi (əlavələrlə birlikdə), əmanət kitabçası və yaxud əmanətin sahibliyini təsdiq edən digər sənədlər (hesabdan cıxarışlar) və şəxsiyyəti təsdiq edən sənədlə Kapital Bank ASC-nin müvafiq filiallarına müraciət edə bilərlər.
 
Qeyd edək ki, kompensasiyaların ödənilməsinə fevralın 1-dən başlanılacaq. Əmanətçilər ərizə formalarını ADIF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanlarında yerləşən ofislərindən, Kapital Bank ASC-nin kompensasiya ödənişi üçün nəzərdə tutulmuş filiallarından və yaxud www.adif.az saytından əldə edə bilərlər.

Загрузка...
Загрузка...