Dələduz şəbəkənin işi yenidən araşdırılacaq – Ən izdihamlı məhkəmə prosesi...

Baxış sayı: 
40
1  
0  

 
Azər Mühafizə MMC, General MMC və Qala BTX MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və onun işçisi Cəlal Mikayılovun işinə yenidən baxılacaq.
 
Teleqraf.com xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada qərar qəbul edilib.
 
Ali Məhkəmənin hakim heyəti Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
 
İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Namiq Məmmədovun icraatına verilib.
 
İlkin baxış iclası yanvarın 18-nə təyin edilib.
 
Qeyd edək ki, bundan əvvəl Vüqar Hüseynov və daha 38 nəfərin işinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
 
Qərara görə, Vüqar Hüseynovun həyat yoldaşı Nəzakət Aşurovanın apelyasiya şikayəti təmin olunub, onunla bağlı olan hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, cəzası şərti hesab edilib.
 
Məhkəmə Nəzakət Aşurovanın barəsində olan həbs qətimkan tədbirini dəyişdirib, o, məhkəmə zalından azadlığa buraxılıb.
 
Məhkəmə digər təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin apelyasiya şikayətlərini təmin etməyib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Hüseynov 15 il, onun həyat yoldaşı Nəzakət Aşurova 9 azadlıqdan məhrum edilib.
 
Hökmə əsasən, Qorxmaz Mehdiyev 10 il, Mirabtalıb Cəfərov 10 il, Kamil Bayramov 9 il, Aydın Həsənov 4 il, Fariz Babayev 4 il, Elşən Uzalov 8 il, Şahin Yolçuyev 8 il, Fərman Muradov 8 il 6 ay, Elxan İsmayılov 5 il 6 ay, Sənan Qasımov 9 il, Sərdar Seyidov 8 il 6 ay, Xalid Qasımov 3 il, Orxan Vəlizadə 9 il, Emin Əzizov 5 il 6 ay, Şahin Quliyev 8 il 6 ay, Cəlal Mikayılov 3 il, İlham Babayev 4 il, İqar İlyasov 8 il 6 ay, Tağı Məmmədov 8 il 6 ay, Məmməd Həsənov 8 il 6 ay, Malik Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Bundan başqa, Nəriman Babayev 8 il 3 ay, Baba Bayev 8 il 3 ay, Ruslan Nəsirov 8 il 3 ay, Asif Abdullayev 8 il 3 ay, Məlik Məmmədov 8 il 3 ay, Xətai Tacəddinov 8 il 3 ay, Ərşad Əzimov 8 il 3 ay, Elşən Əzimov 8 il 3 ay, Elşən Qədirzadə 8 il 3 ay, Mövlan Süeymanov 8 il 3 ay, Müseyib Müseyibov 8 il 3 ay, Rəşid Heydərov 8 il 3 ay, Mübariz Sadıqov 8 il 3 ay, Səbuhi Sadıqov 8 il 3 ay və Cavid Abdullayev də 8 il 3 ay müddətinə şərti cəza təyin olunub.
 
Onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Barəsində 70-ci maddə tətbiq edilən təqsirləndirilən şəxslər həbs edilməyib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
 
Qeyd edək ki, prokuror çıxışında Vüqar Hüseynovun 16 il, onun həyat yoldaşı Nəzakət Aşurovanın 13 il, Kamil Bayramovun 15 il, Mirabtalıb Cəfərovun 15 il, Aydın Həsənovun 14 il, Qorxmaz Mehdiyevin 15 il, Fariz Babayevin 14 il, Elşən Uzalovun 14 il, Şahin Yolçuyevin 14 il, Fərman Muradovun 14 il, Elxan İsmayılovun 13 il, Sənan Qasımovun 14 il, Sərdar Seyidovun 14 il, Xalid Qasımovun 13 il, Orxan Vəlizadənin 14 il, Emin Əzizovun 14 il, Şahin Quliyevin 14 il, Cəlal Mikayılovun 13 il, İlham Babayevin 13 il, İqar İlyasovun 13 il, Tağı Məmmədovun 12 il, Məmməd Həsənovun 11 il, Malik Cəfərovun 13 il, Nəriman Babayevin 11 il, Baba Bayevin 11 il, Ruslan Nəsirovun 12 il, Asif Abdullayevin 12 il, Məlik Məmmədovun 12 il, Xətai Tacəddinovun 12 il, Səbuhi Sadıqovun 12 il, Cavid Abdullayevin 12 il, Ərşad Əzimovun 11 il, Elşən Əzimovun 12 il, Elşən Qədirzadənin 12 il, Mövlan Süeymanovun 12 il, Müseyib Müseyibovun 12 il, Rəşid Heydərovun 11 il və Mübariz Sadıqovun isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
İttihama görə, General MMC, daha sonra Azər Mühafizə MMC və Qala BTX MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqaları mütəşəkkil dəstə yaradaraq 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar.
 
Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər. Cinayət işi üzrə rəsmi olaraq müraciət edən 4968 nəfər zərərçəkmiş var.
 
Bu məhkəmə prosesi Azərbaycanda zərərçəkmişlərin sayına görə ən izdihamlı məhkəmə prosesi olaraq yadda qalıb.
 
Xatırladaq ki, adı çəkilən şirkətlərin vəzifəli şəxslərinə işə düzəlmək üçün pul verən vətəndaşlar paytaxt Bakı ilə yanaşı bir çox rayonlarda etiraz aksiyaları keçirmişdilər. Həmçinin aksiyalar bölgələrə - Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Mingəçevir və bir çox şəhərlərə də yayılmışdı.
 
Zərərçəkənlərin bildirdiyinə görə, hər kəsə müəyyən məbləğdə depozit qoymaq şərti ilə təklif irəli sürülüb. Zərərçəkənlər arasında 100 min manat depozit qoyanlar belə olub. Qoyulan depozitin məbləği şirkətin vəd etdiyi vəzifəyə uyğun olaraq dəyişirmiş.
 
Vətəndaşlardan minimum 2-3 min manat məbləğində depozit alan şirkət ilk 2-3 ay müddətində həmin şəxslərə 600-700 manat aylıq əmək haqqı verib. Daha sonra maaşlar dayanıb, depozit qoyan əksər şəxs işə götürülməyib. Bundan sonra vətəndaşların aldadıldığı məlum olub.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...