“Diplomatların Mehman Hüseynovla görüşü...” - Deputat

Baxış sayı: 
55
1  
0  

"Azərbaycan demokratik, şəffaf və açıq ölkədir. Burada qanunun icazə verdiyi bütün addımları atmaq olar. Avropanın müəyyən dairələri Mehman Hüseynov məsələsini şişirdərək, siyasi hadisəyə çevirmək istəyirdi. Avropa İttifaqına daxil olan bəzi ölkələrin diplomatlarının Mehman Hüseynovu ziyarət etməsi, fikrimcə, bu məsələdə anti-Azərbaycan qüvvələrinin bütün arqumentlərini əlindən alacaq”.

Turaninfo.org  xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə bir sıra Avropa İttifaqı ölkələri diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşünü şərh edərkən deyib.

Deputat xatırladıb ki, Mehman Hüseynovun sağlamlığının normal olduğu, qida rasionu, hüquqlarının qorunduğu və istintaqın obyektiv aparılması barəsində diplomatlar birinci əldən geniş informasiya ala bilib:

“Bu fakt bir daha göstərir ki, Azərbaycanda demokratik hüquqlar qorunur. Azərbaycan istənilən məhkumun vəziyyəti barəsində məlumat verməyə hazırdır”.

A.Mirzəzadə əlavə edib ki, xarici diplomatların təcridxanaya səfər edərkən, digər saxlanılan şəxslərin də saxlanma şəraiti və hüquqlarının qorunması ilə maraqlanmalarını arzu edir:

“Eləcə də Azərbaycan Penitensiar Xidmətinin dünya tələblərinə nə dərəcədə cavab verib-verməməsi ilə bağlı şəraiti, Azərbaycanda hüquq sisteminin təkmilləşdirilməsi üçün dövlətin son illərdə atdığı addımları qiymətləndirmələri maraqlı olardı. Fikrimcə, səfər birtərəfli olmamalı, xarici diplomatlar bu məsələlərə də qiymət verməlidirlər. Bu, onların obyektiv mövqe ifadə etməsi baxımından əsaslı olardı”.

Загрузка...
Загрузка...