Diplomatik korpusun nümayəndələri Gəncədədir FOTO YENİLƏNİB

Baxış sayı: 
132
1  
0  

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncədə Ermənistan ordusunun ötən gecə raket atəşəşinə tutduğu əraziyə gediblər.
 
APA-nın yerli bürosu xəbər verir ki, diplomatlar tamamilə dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkiblər.
 
***
 
Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedib.
 
APA-nın xəbərinə görə, diplomatları səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi -  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
 
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
 
İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.
 
Axtarış-xilasetmə əməliyyatı davam edir.
 
Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.
 
***
 
Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedir.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi -  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
 
"Diplomatik korpus və hərbi attaşelərlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərə qarşı barbar əməllərini görsün. Ermənistan məsuliyyətindən qaça bilməz", - deyə H.Hacıyev qeyd edib.
 
Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
 
İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.
 
Axtarış-xilasetmə əməliyyatı davam edir.

Загрузка...
Загрузка...