DİN-dən keçmiş məhbus Məhbub Zülfüqarlıya təkzib məktubu

Baxış sayı: 
88
3  
0  

                    
Məhbub Zülfüqarlının İmişli RPŞ DYPB-nin əməkdaşları barəsində irəli sürdüyü iddialar həqiqəti əks etdirmir və qərəzlidir. Belə ki, 30. 07. 2019-cu il tarixində rayon ərazisində dayanma və durma qaydalarını pozduğuna görə avtomobilin sürücüsü Ayxan Zülfüqarlı barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib olunub. Qeyd edək ki, həmin ərazidə dayanma və durmanı qadağan edən yol nişanı mövcuddur.
Əlavə olaraq bildiririk ki, M.Zülfüqarlının qərəzli olaraq yaydığı məlumatda İmişli rayonunun Murquzallı, Qızılkənd və Qaralar kəndində  kəndlərində oğurluq faktlarının tez-tez olduğunu bildirsə də, adıçəkilən kəndlərdə oğurluq faktı ilə əlaqədar  İmişli RPŞ-yə heç bir müraciət daxil olmayıb. Rayonun Məmmədli və Xoşçobanlı kəndində baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hazırda İmişli RPŞ tərəfindən araşdırma aparılır.
İmişli Rayon Polis Şöbəsini şəxsi heyəti cari il ərzində qarşıya qoyulan vəzifə və tapşırıqları rəhbər tutaraq vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində sistemli və məqsədyönlü tədbirləri davam etdirmiş, rayon ərazisində əməliyyat şəraiti və kriminogen durum bütövlükdə tam nəzarətdə saxlanılmaqla, cari il ərzində  yüksək göstəricilər əldə edilmişdir.
          Cari il ərzində ümumilikdə 167 cinayət hadisəsi qeydə alınmış, açılma faizi 85,5 faiz təşkil etmişdir. Qeydə alınmış bu cinayət hadisələrindən yalnız 25-i ağır və xüsusilə ağır cinayətlərdir ki, açılması tam təmin olunmuşdur. Bu cinayətlərdən 81-i az ağır, 59-u isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olanlardır. Törədilən cinayətlərdən 52 fakt şəxsiyyət əlehinə olan cinayət hadisələri olmuşdur ki, bu növ cinayətlərin açılması 90 faiz təmin edilmişdir. Cari ilin ərzində ictimai təhlükəsizlik və ictimai qayda əlehinə 62 cinayət faktı qeydə alınmış, 59 cinayət açılmış və açılma 94  faiz təmin olunmuşdur.
Əlavə olaraq bildiririk ki, M. Zülfüqarlının qərəzli olaraq yaydığı ilk məlumat deyil. Belə ki, adıçəkilən şəxs ayrı-ayrı şəxslərlə bağlı dəfələrlə şər və böhtan xarakterli iddialar irəli sürmüş və buna görə də 2017-ci ildə İmişli Rayon Məhkəməsinin qərarı ilə 5 ay müddətində azadlıqdan məhrum edilib.
Toğrul Nəsirli,
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupun baş inspektoru, polis baş leytenantı
 

Загрузка...
Загрузка...