DİN avtomobillərini satışa çıxarır – “BMW 320”, “Mercedes Benz E500”…

Baxış sayı: 
43
1  
0  

Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.
 
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.
 
Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş “BMW 320” maşınının start qiyməti 8000 manat olacaq.
 
2008-ci il buraxılışlı “QAZ-31105”in ilkin 2000 manata təklif ediləcək.
 
Həmçinin, 2008-ci il istehsalı olan “Mercedes Benz E500” 10000 manata, 2007-ci il buraxılışlı “FIAT Doblo” isə 3500 manata (hər ikisinin start qiymətidir) təklif olunacaq.

Загрузка...
Загрузка...