Dilarə: “Gərək nəyisə ört-basdır edəsən, məsələn, mən..."

Baxış sayı: 
40
2  
0  

Son vaxtlar xarici görünüşündəki dəyişikliklə diqqət çəkən əməkdar artist Dilarə Əliyeva yeni imicinin insanlar tərəfindən müzakirə olunduğunu deyib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən Dilarə qadının yaşa dolduqca öz qüsurlarının fərqinə vardığını deyib:

"Qadın zaman keçdikcə, vücudunda çatışan, çatışmayan qüsurları görməlidir. Gərək nəyisə ört-basdır edəsən, nəyisə vurğulayasan. Məsələn, mən əvvəllər etdiyim makiyajı indi fərqli formada edirəm. Mən də yaş üstə yaş gəldikcə, çatışmazlıqdarımı gizləməyə və dəyişikliklər etməyə çalışıram".

 

Aktrisa üçün gözəllikdən çox istedadın vacib olduğunu vurğulayan Dilarə "Azərbaycanda elə bir aktrisa varmı ki, Cenifer Lopezə doqquz qoysun" sualını belə cavablandırıb:

"Yalandan, boğazdan yuxarı durub deyə bilmərəm ki, bizdə filankəs var, Cenifer Lopezə doqquz qoyar. Ceniferə doqquz qoymaq üçün onun kimi səhnədə davranmaq və elə bir performans göstərmək lazımdır ki, dünyaya səs sala biləsən. Önəmli olan gözəllik deyil. Heç bir məzmun ifadə etməyən gözəlliyin ömrü beş dəqiqədir. Beş dəqiqədən sonra o gözəllik məzmununu itirir. Vacib olan istedad, qabiliyyət və yenə də istedaddır".

Загрузка...
Загрузка...