Dilarə dekolteli geyimi və rəqsi ilə gecəyə damğa vurdu – Fotolar
11-08-2019 18:33
Baxış sayı:
58

Luxury Awards milli mükafatlandırma mərasimi baş tutub.
Minval.info xəbər verir ki, saat 20:00-da başlayan tədbirdə ilk olaraq qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edib. Daha sonra incəsənət nümayəndələri, iş adamları, media, tibb, idman və müxtəlif sahələrdə uğur qazanmış şəxslər mükafatlandırılıb. Gecədə ən diqqət çəkən məqam müğənni Dilarə Kazımovanın şousu olub. Ağ dekolteli geyimi ilə diqqət çəkən ifaçı səhnədə “Harem” mahnısını ifa edib. Onun rəqqaslarla cazibədar rəqsi alqışlarla qarşılanıb.