​“Die Welt” yazır: “İrəvanda yeni qəbirlər qazılır, ölənlərin çoxu 19-20 yaşlı gənclərdir”

Baxış sayı: 
149
1  
0  

 
 
Almaniya mediası da Ermənistanla Azərbaycan arasında gedən savaşa xüsusi diqqət ayırır.
 
Musavat.com xəbər verir ki, Türkiyəyə qarşı qərəzli münasibətdə olan alman mediası Ermənistan rəsmilərinə istinadən bildirir ki, bu dəfə açıq və birmənalı şəkildə Türkiyə Azərbaycanın yanında yer alıb. Bu isə Azərbaycanın daha kəskin mövqedən çıxış etməsinə imkan verir. Xarici media yazır ki, xüsusən, İsrail və Türkiyədən alınan müxtəlif təyinatlı dronlar Azərbaycana səmada dominant mövqe qazandırıb. Ona görə də Ermənistan döyüş meydanında çıxılmaz vəziyyətə düşüb və cəbhədə böyük itkilər hesabına müqavimət göstərməyə çalışır.
 
Ermənistan tərəfinin canlı itkilərindən söhbət açan “Die Welt” jurnalı yazır ki, hər gün İrəvanda yerləşən hərbiçilərin qəbiristanlığına Dağlıq Qarabağdakı döyüşlərdə ölən gənc erməni əsgərlərinin  tabutları gətirilir. Jurnal yazır ki, onların əksəriyyəti 19-20 yaşlı gənclərdir.
 
Qeyd edilir ki, Azərbaycanla müharibədə öldürülənlər üçün qəbiristanlıqda xüsusi torpaq sahəsi də ayrılıb.
 
Jurnal yazır: “Üzləşdiyi mənzərə insanda vahimə yaradır. Bir ana oğlunun qəbrinin qarşısında diz çökərək ağlayır və məzarın üstündə qalaqlanmış torpağa əlləri ilə yumşaq bir şəkildə sığal çəkir. Sanki gecə yarısı oğlunu öpdükdən onun yatağını sahmana salır. Ananın arxasında başqa bir qəbirin yanında dayanmış qırmızı rəngli paltarlı keşiş İncildən nə isə oxuyur. Ətrafda göz yaşı və üzlərindəki yas ifadəsi daşlaşmış insanlar sıralanıb. Aşağıdakı qəbirə bir tabut qoyulur. "Bu, mənim dostum Sergeydir",- Erik Mnoyan deyir. "O, əsgərlikdə idi və sonra müharibə başladı",-deyə davam edir.  Keşiş son sözləri söyləyən kimi tabutun üzərinə torpaq atırlar..."
 
Almaniya nəşri bildirir ki, Yerablur qəbiristanlığının (İrəvanda yerləşir. 1988-ci ildən burada Qarabağda vuruşanlar basdırılır. Məşhur terrorçu Monte Melkonyan da orada dəfn olunub. E.H) yeni sahəsində dəfn olunmuş 150-dən çox əsgər var. Ailələr yas içindədir, ərazidə artıq yeni qəbirlər qazılır. Qəbiristanlıq rəhbərliyi daha çox ölümə hazırlaşır. Nəşr yazır ki, bundan sonra nə qədər adamın öləcəyi də bəlli deyil və sülh əvvəlkindən daha uzaqdır.
 
Elbəyi Həsənli, Sürix

Загрузка...
Загрузка...