Diaspor təşkilatından bayrağımıza qarşı hörmətsizlik

Baxış sayı: 
85
3  
0  

Mərkəzi ofisi Kievdə yerləşən Ukrayna Azərbaycanlıları Birləşmiş
Diasporunun Jitomir nümayəndəliyinin qərargahı qarşısında
Azərbaycan bayrağı tərsinə asılıb.

Turaninfo.org Diasporpress.az-a istinadən xəbər verir ki, Mərkəzi ofisi Kievdə yerləşən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin qərargahı qarşısında Azərbaycan bayrağı tərsinə asılıb.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Ukraynada ən fəal diaspor təşkilatımızdır. Təşkilat üzvləri və sədri Hikmət Cavadov hər zaman milli mövqelərimizi qoruyan şəxslər olmasını nəzərə alsaq bayrağın tərsinə asılmasının təxribat olmasını istisna etmirik. 

Загрузка...
Загрузка...