Dəhşətli QƏZA: 7 ölü, bir yaralı

Baxış sayı: 
396
1  
0  

Rusiyanın Tuva Respublikasında iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər, həmçinin üç uşaq ölüb.
 
Turaninfo.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyi bildirib.
 
Məlumata görə, “Toyota Camry” avtomobili qarşı hərəkət zolağına çıxaraq “Lada Priora” markalı avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsində hər iki sürücü və “Lada”nın beş sərnişini həlak olub.
 
Bir sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Загрузка...
Загрузка...