DƏHŞƏT: Arvadının başını kəsib polis idarəsinə gətirdi, sonra... - FOTO

Baxış sayı: 
417
2  
0  

Arvadının başını kəsdi, sonra paketə qoyaraq polis idarəsinə gətirdi və təslim oldu.

Turaninfo.org xəbər verir ki, hadisə Hindistanın Ajampur şəhərində baş verib. Şəhər sakinləri olan cütlük qısqanclıq səbəbindən mübahisə ediblər. Mübahisə zamanı ər arvadının başını kəsərək qətlə yetirib.

Daha sonra arvadının başını paketə qoyan cani, onu polis məntəqəsinə gətirib. Polislər şübhəli davranan şəxsin paketdən nə çıxaracağını bilmədiklərindən onu anbaan izləyiblər. Torbanı məntəqənin qarşısında yerə qoyan kişi içərisindən kəsilmiş başı çıxararaq "bu mənim arvadımdır", - deyib.

Polislər dərhal onu həbs ediblər. O, ifadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini deyib.

Dəhşətli görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb./publika.az

Загрузка...
Загрузка...