Dezinformasiya yayanlar arasında KİV nümayəndələri də var - İbrahim Məmmədov

Baxış sayı: 
84
2  
0  

"Son zamanlar ayrı-ayrı vətəndaşlar tərəfindən həqiqətə uyğun olmayan məlumatlar yayılır. Belə hərəkətlərin qarşısı polis orqanları tərəfindən alınır".
publika.az  xəbər verir ki, bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişov deyib: "Karantin rejimi tətbiq olunandan bu günə qədər 10 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunub, 17 nəfər cərimə edilib, 110 nəfərə xəbərdarlıq edilib. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara inansınlar, dezinformasiyalar yaymasınlar".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, dezinformasiya yayanlar arasında KİV nümayəndələri də yer alır: "Saxta sənədləri müəyyən etmək üçün Nazirlər Kabinetinin saytına daxil olmaq kifayətdir. Mətbuat nümayəndələri dezinformasiyaları işlədikləri qurumlarda deyil, sosial şəbəkələrdə yayırlar".

 

Загрузка...
Загрузка...