“Deyirdi ki, aprelin 23-dən bəri hər gecə yas tutur...”

Baxış sayı: 
167
1  
0  

Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan Ermənistanda Serj Sərkisyanın devrilməsindən bu yana hər gecə yas tutur.

Turaninfo.org virtualaz.org-a istinadən xəbər verir ki, bunu qondarma “dağlıq qarabağ parlamenti”nin yeganə müxalifətçi üzvü Ayk Xanumyan öz məqaləsində yazıb. Saakyanın yas tutmasının səbəbi onun Sərkisyanın qismində əsas himayəçisində məhrum olmasıdır.

“Serj Sərkisyanın istefasından sonra Dağlıq Qarabağdakı rejimin içərisində çaxnaşmalar başladı. Bako Saakyanın o cümlədən mənim də iştirakımla keçirilən görüşdə etiraf etdiyi kimi aprelin 23-dən sonra o hər gecə matəm içində olub”-qarabağlı müxalifətçi yazır.

Amma Ayk Xanumyan bildirir ki, Ermənistandan sonra Qarabağa başlayan etirazlar Bako Saakyanı istefaya məcbur edəcək qədər böyümədi. Nəticədə Qarabağdakı rejimin rəhbəri bəzi dəyişikliklər edərək hakimiyyətdə qala bildi, amma üçüncü dəfə “prezident” olmaq iddiasından əl çəkdi. Onun hakimiyyətdə qalması isə Nikol Paşinyandan dəstək alması nəticəsində baş verdi.

Загрузка...
Загрузка...